“Azərbaycan və Əhli- beyt irsi” kitabı çap olunub

azerbaycan-ve-ehli-beyt-irsi-kitabi-cap-olunub-
Oxunma sayı: 995


Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən və ön sözü Dövlət Komitəsinin sədri Elşad İskəndərov tərəfindən yazılan əsər akademik Vasim Məmmədəliyevin ümumi redaktəsi ilə çap olunub. Kitabın elmi rəyçisi AMEA-nın M.Fizuli adına Əlyazmalar İnstitutunun direktoru, professor Teymur Kərimlidir. 

Əsərdə Azərbaycanın sosial və mədəni həyatının Əhli-beyt irsi ilə bağlı yönlərini tədqiq edən məqalələr öz əksini tapıb. 

Azərbaycanın milli-mənəvi dəyərlərinin tədqiqi sahəsində yazılmış “Azərbaycan və Əhli-beyt irsi” kitabının əsas məqsədi azərbaycanlıların milli kimliynin formalaşmasında, ölkəmizin dini, ədəbi və sosial həyatında tarixən bu irsin oynadığı rolu üzə çıxarmaqdır.