Azərbaycan və erməni icmaları görüşəcək

azerbaycan-ve-ermeni-icmalari-gorusecek
Oxunma sayı: 635

Trend-in məlumatına görə, bunu cümə axşamı Konstitusiya Gününə həsr olunmuş konfransda "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin üzvü, millət vəkili Rövşən Rzayev bildirib.

"Biz daim belə görüşlərin keçirilməsinə çalışırıq, lakin buna mane olan qüvvələr var. Çünki onlar bilirlər ki, biz nə qədər çox görüşsək, Dağlıq Qarabağ probleminin həllinə o qədər yaxın ola bilərik", - o deyib.

Rzayev bildirib ki, Berlində keçiriləcək görüşə də erməni icmasının qatılmayacağı barədə məlumatlar var.

"Lakin Azərbaycanın Almaniyadakı səfirliyi ilə danışmışıq və onlar bu görüşün baş tutacağını bildiriblər", - millət vəkili qeyd edib.