Azərbaycan və erməni vətəndaşı oğurluqda ortaq oldular - Foto

azerbaycan-ve-ermeni-vetendasi-ogurluqda-ortaq-oldular-foto
Oxunma sayı: 667

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, 27 yaşlı İmanov və 30 yaşlı Petrosyan barəsində “silahlı soyğun” maddəsi ilə cinayət işi başlanıb. Hər iki şəxs “isti izlərlə” polis əməkdaşları tərəfindən saxlanılıblar. Soyğunçuların hədəfində isə “Amitel” MMC mağazalar şəbəkəsinin direktoru olub.

Moskva polisinin məlumatına görə, soyğunçular ilk olaraq maşının təkərini, daha sonra pəncərələrini atəşə tutublar. Avtomobilin salonunda içərisində 16 milyon 875 min rubl olan çantanı ələ keçiriblər.

Soyğunçular dövlət nömrə nişanı olmayan avtomobildə gizlənmək istəsələr də polis onlardan ikisini yaxalaya bilib. Saxlanılanlardan biri erməni əsilli Petrosyanın daha əvvəl törətdiyi cinayət görə axtarışda olduğu məlum olub. Daha iki şəxs isə axtarışdadır.