Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovla erməni həmkarı Edvard Nalbandyanın Krakovda görüşü başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tvitter hesabında məlumat paylaşıb.
Görüş ATƏT-in Minsk qrupu həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə baş tutub.
***
Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan Xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş başa çatıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tvitter mikrobloqunda yazıb.
ATƏT-in Minsk qrupu həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunub.