Azərbaycan və Fransa parlamentariləri müzakirə aparıblar

azerbaycan-ve-fransa-parlamentarileri-muzakire-apariblar
Oxunma sayı: 639

Bu barədə Trend-ə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib. Onun sözlərinə görə, görüşdə Azərbaycan-Fransa münasibətləri, həmçinin parlamentlərarası əlaqələrin inkişafı müzakirə olunub.

Akif Təvəkküloğlu deyib ki, görüş zamanı Fransa Senatının qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qəbul etdiyi qanun ətrafında fikir mübadiləsi aparılıb.

Natali Qule ilə yanaşı, Azərbaycana daha beş senator - Silvi Qo-Şaven, Jan-Mari Bokel, Evre More, Andre Rexar, Cani Lorju gəlib. Bu, onların Azərbaycana ilk səfəridir.

Qeyd edək ki, nümayəndə heyətində təmsil olunanlar Fransa Milli Assambleyası və Senatı tərəfindən qəbul edilmiş “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsi üçün cəza nəzərdə tutan qanun”un əleyhinə səs vermiş senatorlardır.

Gün ərzində nümayəndə heyətinin Milli Məclisin sədri Oqtay Əsədovla da görüşü nəzərdə tutulub.