Azərbaycan və Macarıstan saziş imzalayacaq

azerbaycan-ve-macaristan-sazis-imzalayacaq
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, nazir Azad Rəhimov qonaqla görüşündə gənclər və idman sahəsində görülən işlər, qəbul olunan dövlət proqramları, Azərbaycan idmançılarının Lodon Yay Olimpiya oyunlarına hazırlığı, müstəqillik qazandıqdan sonra Azərbaycanın ilk dəfə olaraq olimpiadaya ən böyük komanda ilə getməsi, idman infrastrukturu, idman növlərinin inkişafı və bu istiqamətdə görülən işlər haqda məlumat verdi.
Azad Rəhimov: “Hal hazırda 34 OİK fəaliyyət göstərməkdədir. 12 OİK isə tikilməkdədir. Biz 2015-ci ildə Avropa tarixində ilk dəfə olaraq keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya oyunlarına, 2016-cı il Şahmat Olimpiadasına, 2017-ci il İslam oyunlarına ev sahibliyi etmək məqdəsi ilə bu istiqamətdə çalışırıq.”

Azad Rəhimov Macarıstan və Azərbaycan arasında münasibətlərin daha da möhkəmləndirilməsini, ölkə başçısı İlham Əliyevin hər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha çox inkişafına önəm verməsini və sevindirici hal olaraq, bu sahələr sırasında gənclərin də olmasını xüsusi vurğuladı.

Macarıstan Respublikasının sosial ailə və gənclərlə iş üzrə Dövlət katibi Mikloş Soltes də öz növbəsində Bakı şəhərində gerçəkləşən “Böyük ipək yolu” gənclərin beynəlxalq konqresi və festivalında iştirak etməsindən məmnun olduğunu bildirdi. Miklos Soltes eyni zamanda bir neçə ay bunda öncə Macarıstanda yüksək səviyyədə gerçəkləşmiş xaricdə təhsil alan Azərbaycanlı gənclərin forumunu xatırlayıb, gənclər və idman sahələrinin inkişafının önəmindən söz açdı və bu istiqamətdə daha böyük işlərin görülməsi üçün çalışacağını qeyd etdi.