Azərbaycan və Sincan Uyğur Muxtar Rayonu İşçi Qrupunun 1-ci iclası keçirilib

azerbaycan-ve-sincan-uygur-muxtar-rayonu-isci-qrupunun-1-ci-iclasi-kecirilib
Oxunma sayı: 735

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, iclasda Azərbaycan və Sincan Uyğur Muxtar Rayonu arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
İclasın sonunda Azərbaycan Respublikası və Sincan Uyğur Muxtar Rayonu arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupun 1-ci iclasının Protokolu imzalanıb. Protokolda ticarət, investisiya, enerji, kənd təsərrüfatı, nəqliyyat, gömrük, maliyyə, turizm, səhiyyə, həmçinin regional əməkdaşlığın inkişafı sahələrində əlaqələrin genişləndirilməsi və. s əksini tapmışdır. İşçi Qrupun 2-ci iclasının 2013-cü ilin birinci yarısında Urumçi şəhərində keçirilməsi barədə razılığa gəlinib.

Qeyd edək ki, İşçi Qrupunun bu gün keçirilən 1-ci iclası Azərbaycan-Çin Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq xarakteri daşıyır.

Nigar Məmmədli