Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü olub - Fotolar + Video

Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü olub
Oxunma sayı: 1072

İyunun 10-da Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Milli Müdafiə naziri Hulusi Akar ilə Naxçıvanda görüşüb.

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, əvvəlcə türkiyəli nazir Naxçıvan şəhərinin mərkəzində ucaldılan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.

Sonra H.Akar Mustafa Kamal Atatürkün büstünü də ziyarət edib və önünə əklil qoyub.

Türkiyənin nümayəndə heyəti Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri qoyub.

H.Akarın Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargah binasının qarşısında rəsmi qarşılanma mərasimi keçirilib.

General-polkovnik Z.Həsənov qeyd edib ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və bu, regiondakı sabitliyi təmin edən əsas amillərdəndir.

Türkiyəli nazir də öz növbəsində ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin, o cümlədən səmərəli əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edib. Qonaq hər iki ölkənin müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin, hərbi mütəxəssislərinin qarşılıqlı səfərlərinin, görüşlərinin əhəmiyyətindən danışıb.
Görüşdə regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

 







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi