Azərbaycan vətəndaşı “Lexus”unu İŞİD-ə satıb - 100 min dollar dəyəri var

Azərbaycan vətəndaşı “Lexus”unu İŞİD-ə satıb
Oxunma sayı: 2949

Rusiyanın Sankt-Peterburq şəhərində lüks xarici avtomobillərin oğurlanması faktı araşdırılır. Hüquq-mühafizə orqanlarının məlumatına görə, onların izləri adətən, Suriya və İraq sərhədlərində itir.

“Qafqazinfo”nun “Fontanka.ru” saytına istinadən verdiyi məlumata görə, oğurlanan maşınlardan biri də qara rəngli “Lexus LX570” markalı avtomobildir. Onun oğurlanması isə 2017-ci il fevralın sonunda Azərbaycan vətəndaşı Ədalət Qənbərovun Krasnoqvardeyskiy rayon Polis Şöbəsini məlumatlandırıldıqdan sonra məlum olub. 

Qeyd olunur ki, avtomobil oğurlanmazdan öncə 6,7 milyon rubla (təxminən 100 min dollar) alınıb. Avtomobildə iki mühafizə sistemi quraşdırılıb. Birinci sistem-COM mühafizə sistemi akkumulyatora qoşulur və maşının hərəkət etməyi ilə bağlı məlumatı ötürür. İkinci sistem-axtarış bloku isə avtomobillə bağlı hər şeyi bir növ gözəgörünməz edir. Belə ki, onun yerini hətta, sahibi də bilmir.

Bildirilir ki, birinci sistem maşını qaçıranlar tərəfindən söndürülüb, lakin yeni sahibindən gizli quraşdırılmış ikinci mühafizə sistemi işlək vəziyyətdə qalıb. Bunun nəticəsində “Lexus”un 2016-cı il dekbarın 27-də Peterburqda, yanvarın 12-də Tiflisdə olduğu, ordan Türkiyə - İran yolu ilə İŞİD terror qruplaşmasının cəmləşdiyi İraqın Ərbil şəhərinə çatdığı aydın olub.

Araşdırmalardan sonra hüquq-mühafizə orqanları Ə. Qənbərovun avtomobili terrorçulara satdığından şübhələnərək onu saxlayıblar və hazırda istintaq işi davam edir. Qənbərovun 2012-ci ildə də paraşütçülərlə davada iştirak etdiyinə görə şərti cəza aldığı üzə çıxıb.

İstintaq araşdırmaları nəticəsində Ədalət Qənbərovun “Lexus”un nominal sahibi olduğu aydınlaşıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi