Azərbaycan vətəndaşının Ukraynaya girişinə qadağa qoyuldu

azerbaycan-vetendasinin-ukraynaya-girisine-qadaga-qoyuldu
Oxunma sayı: 639

Ukrayna Krıma qanunsuz səfərlə əlaqədar Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Azərbaycanın vətəndaşı olan 9 nəfərin 3 il ərzində ölkəyə girişinə qadağa qoyub.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, bu barədə bu gün Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
 
Məlumatda bildirilir ki, Beredyan sərhəd dəstəsi sərhəd nəzarəti zamanı üzə çıxarıb ki, Özbəkistanın 6, Qazaxıstanın 1, Qırğızıstanın 1 və Azərbaycanın 1 vətəndaşı Krıma fəaliyyətini dayandırmış sərhəd-keçid məntəqəsindən daxil olub, Krıma səfərlə bağlı xüsusi icazəyə malik olmayıblar. Həmin şəxslər sərhədi “Çonqar” sərhəd-keçid məntəqəsindən keçməyə cəhd edərkən saxlanılıblar.