Azərbaycan-Vyetnam əməkdaşlığının perspektivləri müzakirə edilib

azerbaycan-vyetnam-emekdasliginin-perspektivleri-muzakire-edilib
Oxunma sayı: 845


 
“Qafqazinfo”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatına görə, görüş zamanı iki ölkə arasında əməkdaşlıq, iqtisadiyyat, ticarət, sənaye və investisiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanmış, hökumətlərarası komissiyanın yaradılması, yüksək səviyyəli səfərlərin həyata keçirilməsi, biznes forumların təşkili, müqavilə-hüquq bazasının genişləndirilməsi barədə müzakirələr aparılıb.
 
Görüşdə tərəflər iki ölkə arasında tarixən mövcud olan dostluq münasibətlərinin müasir dövrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük əhəmiyyət daşıdığını bildiriblər. Həmçinin iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün geniş potensialın olduğu vurğulanıb, son illər Azərbaycan və Vyetnamın sürətlə inkişaf etdiyi, hər iki ölkənin yerləşdiyi regionda mühüm rol oynadığı qeyd olunub.
 
Görüşün sonunda tərəflər səfirliklə nazirlik arasında əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə razılığa gəlib.