Azərbaycan xaricdən kəl alıb - Fotolar

azerbaycan-xaricden-kel-alib
Oxunma sayı: 3351

Respublikada qaramal cinslərinə tələbat nəzərə alınaraq Avstriya və Almaniyadan 10 baş simmental, 8 baş holştein-friz, 5 baş şvis, 3 baş şarole, 2 baş aberdin- anqus olmaqla cəmi 28 baş törədici buğa, İrandan isə 2 baş cinsi yaxşılaşdırılmış mürrah mənşəli törədici kəl alınıb.

Kənd təsərrüfatı Nazirliyindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, həmin heyvanlar Respublika Süni Mayalanma Mərkəzinə gətirilib. Xüsusi hazırlanmış məlumat bazası vasitəsilə genetik materialın Mərkəzdən təsərrüfatlara qədər izlənməsi və fərdi uçotun aparılmasına başlanıb.   

Xəbərdə bildirilir ki, prezidentin 2015-ci il 19 avqust tarixli 1364 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək üçün hazırlanmış “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”na  uyğun olaraq süni mayalanma yolu ilə alınmış hər buzova görə heyvan sahiblərinə 100 (yüz) manat subsidiyanın verilməsi həyata keçirilir. Subsidiya ödənişləri 2016-cı ildən etibarən ödənilir və ötən il də daxil olmaqla  2017-ci ilin sentyabr ayınadək süni mayalanma yolu ilə alınmış  45020 baş ( o cümlədən Naxçıvan MR üzrə 8193 baş) buzova görə 38423 nəfər heyvan sahibinə subsidiya ödənişləri həyata keçirilib. 

Cari ilin 9 aylıq dövründə  ailə-kəndli və fermer təsərrüfatlarında saxlanılan 87849 baş az məhsuldar və damazlıq keyfiyyəti aşağı olan qaramalda süni mayalanma aparılıb ki, bu da ötən ilin müvafiq dövründən (70182 baş) 25,2 faiz çoxdur.