Azərbaycan XİN-dən tutulan İŞİD-çilərlə bağlı- - Açıqlama

azerbaycan-xin-den-tutulan-isid-cilerle-bagli-
Oxunma sayı: 2373


“Qafqazinfo” xəbər verir ki,bunu azvision.az-a açıqlamasında Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın Türkiyədəki diplomatları məsələni araşdırır: 

“Hazırda araşdırma aparılır. Bundan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”,-deyə XİN sözçüsü əlavə edib.

Qeyd edək ki, “İslam Dövləti” ("İŞİD") qruplaşmasına qoşulmaq üçün Suriyaya keçməyə cəhd edən 4 Azərbaycan vətəndaşı Türkiyənin Kilis bölgəsində saxlanılıb. Onların bir ailənin üzvü olduğu bildirilir.