Azərbaycan XİN-dən Zaxarova haqda açıqlama

Azərbaycan XİN-dən Zaxarova haqda açıqlama
Oxunma sayı: 1884

XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiyanın  Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın azərbaycanlı jurnalisti təhqir etməsinə münasibət bildirib. 

“Qafqazinfo” ya daxil olan məlumata görə,  o, bildirib ki, Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlaşıqla qəbul etmək lazımdır: “Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzində olan məsələdir. Kütləvi informasiya vasitələri də ictimai rəyin güzgüsüdür”. 

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi