Azərbaycan Xorvatiyanı büdrətdi, yıxa bilmədi - Fotolar + Yenilənib

Azərbaycan Xorvatiyanı büdrətdi, yıxa bilmədi
Oxunma sayı: 5244

Bu gün AÇ-2020-nin seçmə mərhələsinə start veriləcək. Azərbaycan milli komandası da mübarizəyə başlayacaq.
 
“Qafqazinfo” xəbər verir ki, yığmamız ilk oyununda səfərdə Xorvatiya millisi ilə qarşılaşacaq.
 
Millimizin yeni baş məşqçisi Nikola Yurçeviçin debüt matçı həmyerlilərinə qarşı olacaq. Yığmamızın yer aldığı E qrupunun digər oyununda Slovakiya Macarıstanı qəbul edəcək.
 
21 mart
AÇ-2020-nin seçmə mərhələsi
E qrupu, 1-ci tur
 
23:45. Xorvartiya - Azərbaycan
Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Divan Valkov, Nikola Popov (hamısı Bolqarıstan)

Zaqreb, "Maksimir" stadionu

***

Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

Xorvatiya: Lovre Kaliniç, Yosip Brekalo,  Bruno Petkoviç, Domaqoy Vida, Borna Barişiç, Duye Çaleta-Tsar,  Luka Modriç (k), İvan Rakitiç,  Mateo Kovaçiç,  Andrey Kramariç, İvan Perişiç

Ehtiyat oyunçular: Dominik Livakoviç,  Simon Sluqa, Karlo Bartoleç, Marselo Brozoviç, Nikola Vlaşiç, Filip Bradariç,  Mario Paşaliç, Antonio Miliç, Marko Roq,  Ante Rebiç, Milan Badeli, Marin Leovaç

Azərbaycan: Səlahət Ağayev, Şəhriyar Rəhimov, Bədavi Hüseynov, Rahil Məmmədov, Maksim Medvedev (k),  Eddi İsrafilov, Qara Qarayev, Riçard Almeyda, Dmitri Nazarov, Mahir Mədətov, Ramil Şeydayev

Ehtiyat oyunçular: Emil Balayev, Şahruddin Məhəmmədəliyev, Araz Abdullayev, Emin Mahmudov, Namiq Ələskərov, Ömər Buludov, Anton Krivotsyuk, Əli Babayev,  Təmkin Xəlilzadə, Mirabdulla Abbasov, Rüfət Dadaşov

***

Oyun başladı.

***

Azərbaycan millisi 20-ci dəqiqədə hesabı açır. Ramil Şeydayev fərqlənir.

***

44-cü dəqiqədə Borna Barişiç Xorvatiyanın bərabərlik qolunu vurdu.

***

İlk hissə 1:1 hesablı bərabərlikə başa çatdı.

***

İkinci hissə başladı.

***

58-ci dəqiqədə Azərbaycan hesabda yenidən önə keçmək imkanını əldən verib. Dmitri Nazarov yaxın məsafədən topa bərbad zərbə vurub və top çölə çıxıb. Bundan bir neçə saniyə sonra o, Araz Abdullayevlə əvəzlənib.

***

Matçda artıq 75 dəqiqə başa çatdı. Xorvatiyanın böyük təzyiqlərinə baxmayaraq hesab dəyişməyib.

***

79-cu dəqiqədə Xorvatiya hesabda önə çıxdı. Andre Kramariç topu millimizin qapısından keçirdi.











Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi