Azərbaycan yığması FİFA reytinqində irəlilədi

azerbaycan-yigmasi-fifa-reytinqinde-ireliledi
Oxunma sayı: 630

“Qafqazinfo”nun verdiyi xəbərə görə, İspaniya millisi zirvədə yerini qoruyub. İlk “beşlik”də Almaniya və Hollandiya yığmaları yerini dəyişib. Almanlar ikinci sıraya yüksəlib. Uruqvay və İngiltərə isə 4-cü və 5-ci pillədəki yerini qoruyub.
Afrika Millətlər Kubokunda uğurlu çıxış edən komandalar turnir cədvəlində əhəmiyyətli irəliləyişə nail olub. Çempion Zambiya 28 pillə irəliləyərək 43-cü sıraya qalxıb. Cədvəlin növbəti sıralarında müvafiq olaraq 25 və 46 pillə yüksələn Mali və Qabon yer alıb. Finalda məğlub olan Fil Dişi Sahili isə 3 pillə irəliləyərək 15-ci yerdə qərarlaşıb.
Azərbaycan millisi 2 pillə irəliləyərək 109-cu sıraya yüksəlib. Yığmamızın hesabında 306 xal var.

Ceyhun Əhmədov