Azərbaycan yığması İsrail görüşünə ciddi itkilərlə çıxacaq

azerbaycan-yigmasi-israil-gorusune-ciddi-itkilerle-cixacaq
Oxunma sayı: 801


“Qafqazinfo” xəbər verir ki, komandamızın növbəti rəqibi İsrail olacaq. Həmin görüşü iki hücumçumuz Vaqif Cavadov və Branimir Subaşiç buraxmalıdır. Onların hər ikisi Lüksemburqla görüşdə cəzalandırılıblar.

V.Cavadov seçmə mərhələdə ikinci sarı vərəqə aldığı üçün növbəti oyuna buraxılmayacaq. B.Subaşiç isə birbaşa qırmızı vərəqə aldığına görə, hətta Şimali İrlandiya ilə ev oyununda da iştirak edə bilməyəcək. Çünki UEFA futbolçunu buna görə iki oyunluq cəzalandırılacaq.

Qeyd edək ki, yığmamız sentyabrın 6-da səfərdə İsraillə, oktyabrın 11-də isə Bakıda Şimali İrlandiya ilə üz-üzə gələcək.