Azərbaycan yığmasının üzvü həbs edildi - Məhkəmə zalında

azerbaycan-yigmasinin-uzvu-hebs-edildi
Oxunma sayı: 3060

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən  quldurluq etməkdə təqsirləndirilən Miqdar Məmmədov,  Orxan Atayev və Məhərrəm Məhərrəmova hökm oxunub. 

'Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə M.Məhərrəmov və O. Atayev 8 il,  M. Məmmədov isı 4 il müddətinə azadlıqdan məhrum edilib. O. Atayev və M. Məmmədov istintaq dövründə  azadlıqda olduqları üçün bu gün məhkəmə zalında həbs ediliblər. M.Məmmədov futbolçu olub. 

Adıçəkilən şəxslər kafe yeyib içərkən İran vətəndaşı Murtəza Azər və Bakı sakini Sədi Məmiyev  onları daha yaxşı əylənə, biləcəkləri bir məkana aparmalarını istəyiblər.  Əvəzində gənclərin hesabınaı da ödəyəcəklərini deyiblər. Növbəti məkanda davam edən əyləncənin hesabı 750 manat olub. İran vətəndaşı buna etiraz edib və yalnız özü ilə dostunun hesabını ödəyib. 

M. Məhərrəmov isə telefonunu girov qoyaraq hesabı ödəmək üçün pul gətirməyə gedib. Hesabı verdikdən sonra kafedən bir yerdə çıxıblar.  Fatmayı qəsəbəsində Murtəza Azərə və Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pullarını alıblar. 

Miqdar Məmmədov Məhərrəm Məhərəmovun qaynıdır. Hadisədən 17 gün əvvəl M.Məhərrəmovun toyu olub.

M.Məmmədov "İnter" komandasında 17 yaşlılar üzrə yığmada çıxış edib.

Murad Əhməd