Azərbaycan YUNESKO-da Hökumətlərarası Komitənin Vitse Prezidenti seçilib

azerbaycan-yunesko-da-hokumetlerarasi-komitenin-vitse-prezidenti-secilib
Oxunma sayı: 641

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycanın vitse-prezidentliyə noyabrın 29-da İndoneziyanın Bali adasında keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitənin növbəti altıncı sessiyasının sonuncu günü təyin olunub. Qrenada Komitənin Sədri, Azərbaycan, İran İslam Respublikası, Madaqaskar və Mərakeş Vitse-Prezident, İspaniya isə Komitənin məruzəçisi seçilib. İclasda Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitənin növbəti yeddinci sessiyası Qrenadada keçirilməsi qərar alınıb.

Bununla yanaşı, Komitənin sessiyasında 27 digər qeyri-hökumət təşkilatı ilə yanaşı, ölkəmizin iki qeyri-hökumət təşkilatının (Azərbaycan Xalçaçılar Birliyi və Musiqi Dünyası İctimai Birliyi) akkreditasiya edilməsi tövsiyə edilib. QHT-lərin akkreditasiyası 2012-ci ildə keçiriləcək Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Konvensiyanın İştirakçı Dövlətlərinin Baş Assambleyasının dördüncü sessiyası zamanı həyata keçiriləcək.


Səidə