Azərbaycana 1500 ədəd yeni avtobus gətiriləcək

azerbaycana-1500-eded-yeni-avtobus-getirilecek
Oxunma sayı: 1226


Bu avtomobillərin ölkəyə 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Yay Olimpiya Oyunlarına qədər gətirilməsi planlaşdırılır. “Qafqazinfo” xəbər verir ki, Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin başçısı Namiq Həsənov «APA-Economics»ə açıqlamasında bildirib ki, Azərbaycandakı mövcud avtobus parklarının yenilənməsi nəqliyyatda yeni, on-line ödəniş sisteminin tətbiqi ilə paralel həyata keçirilir.

 Nazirlik nümayəndəsinin sözlərinə görə, bu avtobuslar əsasən Cənubi Koreya və Türkiyədən Azərbaycana gətiriləcək: «Bizim əsas prinsipimiz sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin etməkdir».

 Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında paytaxta 340 ədəd yeni sərnişin avtobusları gətirilib. Son 5 il ərzində isə ölkəyə 3 471 ədəd yeni iri və orta tutumlu avtobuslar idxal olunub.