Azərbaycana 30 milyonluq yardım edilib

azerbaycana-30-milyonluq-yardim-edilib-
Oxunma sayı: 1113


“Qafqazinfo” Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, ticarət əlaqələrinin 9.0 faizi, yaxud 1164.4 milyon dollarlığı MDB üzvü dövlətləri ilə, 91.0 faizi və ya 11.8 milyard dollarlığı digər ölkələrlə aparılıb. Beş ay ərzində 9.5 milyard dollarlıq məhsul ixrac olunub, onun 310.2 milyon dollarlığı MDB üzvü dövlətlərinə göndərilib, 96.7 faizi və ya 9169.1 milyon dollarlığı isə digər xarici ölkələrin alıcılarının payına düşüb. 

Qeyri-neft məhsullarının ixracı beş ay ərzində 11.0 faiz azalıb. Bu dövrdə ölkəmizə idxal edilmiş məhsulların həcmi 3509.9 milyon dollar təşkil edib. Digər xarici dövlətlərdən idxal olunmuş malların dəyəri 2655.7 milyon dollar, MDB üzvü ölkələrindən isə 854.2 milyon dollar olub. 

Xarici ticarət dövriyyəsinin 46.4 faizi Avropa İttifaqına daxil olan ölkələrlə, 9.0 faizi MDB-yə üzv dövlətləri ilə, 44.6 faizi digər ölkələrlə aparılıb. Beləliklə, beş ay ərzində ölkəmizdən ixrac olunmuş malların həcmi ölkəyə gətirilmiş malların dəyərindən 2.7 dəfə çox olmuş və 5969.4 milyon dollar müsbət saldo yaranıb. 

Xam neft və qaz ixracı barədə ABƏŞ və Dövlət Neft Şirkəti tərəfindən təqdim olunmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 17.2 milyard dollar, o cümlədən ixrac 13.7 milyard dollar təşkil edib, saldo 10.2 milyard dollar olub. Yanvar-may aylarında ölkəyə 30.5 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olub.