“Azərbaycana 30 mindən çox azarkeş gələcək” - Azad Rəhimov

“Azərbaycana 30 mindən çox azarkeş gələcək”
Oxunma sayı: 639

“Bakı UEFA Avropa Liqası finalına hazırdır. Azərbaycana 30 mindən çox əcnəbi azarkeş gələcək”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri “Anadolu Agentliyi”nə açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimov deyib. 

O, UEFA rəsmilərinin Bakı Olimpiya Stadionunu yoxladığını bildirib: “Stadionu yoxladılar və 5 ballıq sistemlə 4,5 bal verdilər. Hər hissəsi düşünülərək inşa edilən stadiondur. Bütün sistemlər problemsiz işləyir. Azarkeşlərin də hava limanından rahat gəlməsi üçün hər şey düşünülüb”.

Qeyd edək ki, Avropa Liqasının finalında “Arsenal” və “Çelsi” üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda mayın 29-da saat 23:00-da başlayacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi