Azərbaycana avtomobil idxalı azalıb

azerbaycana-avtomobil-idxali-azalib
Oxunma sayı: 816


“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir. İdxal edilən avtomobillərin 34 618 ədədi insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2013-cü ilin yanvar-iyul aylarında bu göstərici 52 673 ədəd təşkil edib.

Azərbaycan 2013-cü ildə 104 385 ədəd avtomobil idxal edib. Bu rəqəm 2012-ci ildə 101 255 ədəd olub. İdxal edilən avtomobillərin 94 879-u insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2012-ci ildə isə bu göstərici 89 652 ədəd təşkil edib.

Bundan başqa, hesabat dövründə ölkəyə 3263 yük avtomobili idxal edilib. Bu rəqəm ötən ilin eyni dövründə 4486-ya bərabər olub. İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.

2013-cü ildə ölkəyə 7823 yük avtomobili idxal edilib. 2012-ci ildə bu rəqəm 9433-ə bərabər olub.