Azərbaycana büdcəli İP-telefon təqdim edildi

azerbaycana-budceli-ip-telefon-teqdim-edildi
Oxunma sayı: 645

Cisco şirkəti Azərbaycana Cisco Unified 3905 büdcəli İP-telefonunu təqdim edib. Azəarbaycan İnformasiya Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, bu model həm telefon, həm də şəbəkə kimi geniş funksional imkanlara malikdir. Cisco Unified IP Phone 3905 həm şəhər nömrələrinə, həm də İP-ünvanlara zəng etməyə imkan verir.
Telefon zəng edən barədə məlumatı göstərən maye-kristal displeyə malikdir.
Cisco Unified 3905 quraşdırılması və köklənməsi rahatdır. Telefonu lokal şəbəkəyə qoşmaq üçün ona Ethernet 10100 Mbits olan kommutator birləşdirilib. Cisco Unified İP Phone 3905 zəngi gözləmə rejimi funksiyası ilə iki paralel daxil olan zəngləri dəstəkləyir. Telefonun dəstəyində səsli poçt qutusunda olan gözlənilən ismarışların göstərilməsi üçün işıqdiodu mövcuddur. Telefonda daha çox istifadə edilən funksiyalara daha tez giriş üçün düymələr çox rahat yerləşdirilib. Bunlardan: zəngi gözlətmə, zəngi yönəltmə, avtomatik zəng etmə, telefon kökləmələrinə keçmə və s. IP Cisco Unified 3905 – baza funksiyaları olan telefon həm kiçik, həm də orta biznes üçün ideal həlldir.

Nigar