Azərbaycana daha bir medal

azerbaycana-daha-bir-medal
Oxunma sayı: 641

Yarışa səkkizdəbir final mərhələsindən qoşulan ikiqat Paralimpiya çempionumuz, cüdoçu İlham Zəkiyev (100 kq-dan yuxarı) Heydər Heydərovu (Rusiya) məğlub edib. Dörddəbir finalda idmançımızın rəqibi yaponiyalı Kento Masaki olub. İdmançımız rəqibinə məğlub olsa da, təsəlliverici görüşlərdə bürünc medal uğrunda mübarizə aparıb.

İlk olaraq kanadalı Toni Uolbini məğlub edən İlham Zəkiyev Braziliya idmançısı Vilians Silvaya qalib gələrək London Paralimpiya Oyunlarında bürünc medal qazanıb.