Azərbaycana ərəb dünyasından dəstək

azerbaycana-ereb-dunyasindan-destek-
Oxunma sayı: 669

XİN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərinin 136-cı Şurasının iclasında ərəb dövlətləri tərəfindən Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəklənməsinə dair qərar qəbul edilib.

Bu qərar Azərbaycanın ərəb dünyası ilə əlaqələrinin yüksək səviyyədə inkişaf etməsinin göstəricisidir.