Azərbaycana əsir düşən erməni öldü

azerbaycana-esir-dusen-ermeni-oldu
Oxunma sayı: 7975


Azərbaycana əsir düşən erməni diversant dünyasını dəyişib.

"Qafqazinfo"ya Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir ki, avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib. 

İlkin ehtimala görə K.Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub. Hazırda Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Gəncə regional bölməsinin ekspertləri ölümün səbəblərini dəqiqləşdirir.

Hadisə barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi məlumatlandırılıb.