Azərbaycana gətirilən 31 ton kişmiş zərərsizləşdirildi

azerbaycana-getirilen-31-ton-kismis-zerersizlesdirildi
Oxunma sayı: 1741

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən Özbəkistandan Azərbaycana idxal edilən 31 ton quru üzümün də ekspertizaya cəlb edilməsi həyata keçirilib.

Agentlikdən “Qafqazinfo”ya verilən məlumata görə, məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib. Laborator müayinələr nəticəsində məhsuldan götürülmüş nümunələrdə kif maya göbələyi aşkar edilib. AQTA-nın mütəxəssisləri tərəfindən sahibkara kif maya göbələyinə yoluxan məhsulun termiki emaldan keçirilməsi tövsiyə olunub.

Odur ki, adıçəkilən məhsulun bir hissəsi termiki emaldan keçirilib və ondan təkrar nümunə götürülüb. Təkrar müayinələr nəticəsində termiki emaldan sonra məhsulda kif maya göbələyi aşkarlanmayıb və quru üzümün normativ texniki sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilib.

Qeyd edək ki, kif maya göbələyi bakteriyalar kimi əlvərişli şəraitlərdə sürətlə inkişaf edərək insan sağlamlığı üçün təhlükə yaradır.