Azərbaycana ilk qar yağdı

azerbaycana-ilk-qar-yagdi
Oxunma sayı: 1236

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, rayonun dağlıq ərazilərinə ilk qar yağıb. Hava şəraiti ilə bağlı qaz, işıq və yol təsərrüfatının işçiləri gücləndirilmiş iş rejiminə keçiblər.

Rayonun mərkəzə yaxın kəndlərində qarlı və şaxtalı hava şəraiti yaşanır. Mövcud vəziyyət daha çox sürücülərin işini çətinləşdirir.

Gədəbəy rayonunun dağlıq ərazilərində dumanlı hava şəraiti müşahidə olunur. Bu isə kəndlərlə rayon mərkəzinin əlaqəsini çətinləşdirir.

Avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün Gədəbəy 24 saylı Yol İdarəsinin işçiləri tərəfindən hazırlıq işləri görülür. Enişli-yoxuşlu yollar genişləndirilir. Qum ehtiyatı toplanılır.

Gədəbəy 24 saylı Yol İstismar İdarəsinin iş icraçısı Telman Ələsgərov: “24 sayl Yol İdarəsi qışa duz və qum ehtiyatı hazırlayıb. O cümlədən, maşın mexanizmləri də hazırdır. Şəmkir-Gədəbəy yolunun kənarlarına lazımi qədər duz və qum ehtiyatı gətirilib”.

Havaların qəfil soyuması əhalinin mavi yanacaq və elektrik enerjisinə olan tələbatını da artırıb. Əgər əvvəlki günlərdə sutkada 25 min kubmetr qaz işlənirdisə, hazırda sərfiyyat 45 mini ötüb. Əhalinin elektrik enerjisi ilə təchizatında da ciddi problem yaşanmır.

Şaxtalı hava Gədəbəy sakinlərini heç də narahat etmir. Onlar bu cür soyuqlara alışdıqlarını deyirlər.

Qeyd edək ki, Qərb bölgəsinin digər dağlıq rayonu Daşkəsəndə də eyni ilə şaxtalı hava müşahidə olunur.