Azərbaycana səfər edən İran vətəndaşlarına müjdə

azerbaycana-sefer-eden-iran-vetendaslarina-mujde
Oxunma sayı: 1635

On beş mart tarixindən etibarən Azərbaycana səfər edən İran İslam Respublikası vətəndaşlarına giriş vizaları Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında rəsmiləşdiriləcək.

"Qafqazinfo" xəbər verir ki, bu barədə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib

Bu qərarın dost və qonşu ölkələr olan Azərbaycan və İran arasında humanitar, iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına və insanlararası təmasların artmasına əsaslı töhfə verəcəyinə ümidvarıq.