Azərbaycana yağan qarın ilk problemləri üzə çıxdı

azerbaycana-yagan-qarin-ilk-problemleri-uze-cixdi
Oxunma sayı: 632

Ötən gecədən başalayaraq Daşkəsən rayonuna yağan intensiv qar artıq problemlər yaratmağa başlayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hündürlüyü 15 sm-ə çatan qar nəticəsində rayon yolları tamamilə qarın altında qalıb.

Yağan qar yollarda avtomobillərin hərəkətini çətinləşdirib. Hətta rayonun bəzi ucqar kəndlərinə gedən avtomobillər hərəkət mümkünsüz olduğundan geri qayıtmaq məcburiyyətində qalır. Əsasən Aşağı Daşkəsən istiqamətində yollar keçilməz olub.

Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasından isə ANS PRESS-in bölgə müxbirinə bildiriblər ki, tam qışa hazırdırlar və səhər saatlarında yollara qum,duz səpilib. Lakin qar intensiv yağdığından yenidən yolları bağlayıb.

Rayonda işıq, qaz verilişilə bağlı isə hələlik problem yaranmayıb.