Azərbaycana yenə qar yağdı

azerbaycana-yene-qar-yagdi
Oxunma sayı: 2460

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabrın 16-sı  gündüzdən 17-si səhərədək müşahidə olunmuş faktiki hava haqqında məlumat açıqlayıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində oktyabrın 16-sı gündüzdən 17-si səhərədək hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Abşeron yarımasında və Abşeron dəniz rayonunda arabir güclənib.  

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6-15, Lənkəran-Astara zonasında 9-14, Böyük Qafqazda 1-13, Mərkəzi-Aran rayonlarında 1-8, Kiçik Qafqazda 5-6, Qazax-Gəncə zonasında 0-4, Naxçıvan MR-da 0-6  mm olub. 

Qar örtüyünün hündürlüyü Qırızda 9, Xınalıq və Şahdağda 4 sm təşkil edib.