Azərbaycan“Atom enerjisi” pavilyonunu icarəyə götürdü

azerbaycanatom-enerjisi-pavilyonunu-icareye-goturdu
Oxunma sayı: 651


“Qafqazinfo” APA-nın Moskva müxbirinə istinadən xəbər verir ki, bu barədə Rusiya hökuməti ilə Azərbaycan Nazirlər Kabineti arasında saziş imzalanıb.

Sazişə əsasən Azərbaycan 50 illik müddətə icarəyə götürdüyü "Atom enerjisi" pavilyonunun hər ilinə 1 rubl məbləğində simvolik pul ödəyəcək. Məqsəd VDNX ərazisində Azərbaycan Respublikasının ticarət-sərgi mərkəzinin yaradılmasıdır. Sazişə əsasən Rusiya tərəfi Azərbaycana 3,1 kv.m ərazisi olan pavilyon təqdim edir. Pavilyon sərgi-ticarət fəaliyyəti, mədəniyyət təbirlərinin təşkili və milli restoranın açılışı üçün istifadə olunacaq.

Qeyd edək ki, sovet dövründən bəri mövcud olan VDNX-da SSRİ-nin 15 respublikasının ayrıca pavilyonu fəaliyyət göstərib. Sovet İttifaqı dağıldıqdan sonra VDNX-nın fəaliyyəti qismən dayandırılıb və adı dəyişdirilərək Ümumrusiya Sərgi Mərkəzi adlandırılıb. Lakin 2014-cü ildən VDNX-nın keçmiş adı yenidən özünə qaytarılıb. 237,5 hektar ərazisi olan VDNX dünyanın 50 böyük sərgi mərkəzlərindən biri sayılır.