Azərbaycanda 1 189 548 manatlıq cərimə

azerbaycanda-1-189-548-manatliq-cerime
Oxunma sayı: 677

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 296 iş üzrə1 189 548 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 260 iş üzrə 351 403,48 manat məbləğində iddia qaldırılıb, əmələ gələn tullantıların ətraf mühitə atılmasına (axıdılmasına) görə idarə və müəssisələrə isə 1607 iş üzrə 498 150,38 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün Məhkəmə İcraçılarına göndərilmiş 247 işdən 61-nə, məhkəmələrə göndərilmiş 83 işdən 37-nə, hüquq mühafizə orqanlarına göndərilmiş 49 işdən 15-nə baxılaraq müvafiq tədbir görülüb.

Nigar Məmmədli