Azərbaycanda 1 tondan çox narkotik ələ keçirilib

azerbaycanda-1-tondan-cox-narkotik-ele-kecirilib
Oxunma sayı: 1116

Daxili İşlər Nazirliyi bir neçə rayonda külli miqdarda narkotikin qanunsuz dövriyyədən çıxarılması ilə bağlı əməliyyat keçirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Xəqani Qasımovdan 475 qram marixuana aşkar edilərək götürülüb.

Qazax rayon Xanlıqlar kənd sakini Nəsimi Eyvazovdan şəxsi axtarış zamanı 6 qramdan artıq marixuana aşkar edilib. Polis əməkdaşları tərəfindən onun narkotiki əldə etdiyi mənbə də müəyyənləşdirilib. Əməliyyat tədbirləri ilə narkotik vasitəni N.Eyvazova satmaqda şübhəli bilinən Kosalar kənd sakini Cabir Əliyev də saxlanılıb. Onun yaşadığı evdən 465 qram marixuana aşkar edilərək götürülüb. 

Yevlax Rayon Qaramanlı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1 tona yaxın olan 1947 ədəd çətənə kolları aşkar edilərək məhv edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Murad Əhməd