Azərbaycanda 10 min toyuq diri-diri yandı - Fotolar

azerbaycanda-10-min-toyuq-diri-diri-yandi-fotolar
Oxunma sayı: 858

“Qafqazinfo”nun məlumatına görə, Siyəzən rayonunun Su Kəməri qəsəbəsindəki Quşçuluq fermasında güclü yanğın olub.

Fermanın sahibi Xəqani Eldarov bildirib ki, Quşçuluq fermasında 11 min 500 baş və 1 aylıq cücə olub. Onlardan 10 mini yanaraq kül olub. Sağ qalan toyuqlar isə saatdan bir ölürlər. Yanğına səbəb hələ ki, bilinmir. Yanğın 400 kvadrat metr ərazidə baş verib.

Yanğın o qədər güclü olub ki, FHN-nin Siyəzən Yanqından mühafizə xidmətinin 3 maşını və briqadası cəlb olunub. Ərazidə hələdə FHN-nin əməkdaşları baxış keçirirdilər. Baxış zamanı hələki yanğına səbəb müəyyən olunmadıqlarını bildirsələr də, ferma sahibi bildirir ki, 40 mindən yuxarı ziyan dəydiyini bildirir.

E. Kərimov