Azərbaycanda 1016 nəfər yol qəzasında ölüb

azerbaycanda-1016-nefer-yol-qezasinda-olub
Oxunma sayı: 642

“Qafqazinfo” xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, ötən il respublikada baş verən 2890 yol qəzasında 1016 nəfər ölüb, 3031 nəfər xəsarət alıb.

Şöbə rəisi bildirib ki, respublikada baş verən yol qəzalarının 1175-i Bakı şəhərində törədilib. Həmin qəzalarda 371 nəfər ölüb, 1176 nəfər xəsarət alıb: “Respublikada baş verən yol qəzalarının təxminən 40 faizi piyadaların vurulması ilə bağlı olub.