Azərbaycanda 102 min nəfər tikintidə işləyir

azerbaycanda-102-min-nefer-tikintide-isleyir
Oxunma sayı: 644

2017-ci ildə tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 102,7 min nəfər təşkil edib, onların 52,9 min nəfəri binaların tikintisində, hər birində 24,9 min nəfər olmaqla mülki təyinatlı inşaat işlərində və ixtisaslaşdırılmış tikinti işlərində çalışıb. 

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, işçilərin 27,4 faizi dövlət, 72,6 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olub.

Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 4,1 faiz azalaraq 780,7 manat olub. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 884,5 manat, dövlət sektorunda isə 522,8 manat təşkil edib. Əvvəlki illə  müqayisədə ixtisaslaşdırılmış tikinti işlərində orta aylıq nominal əmək haqqı 16,8 faiz azalıb, mülki təyinatlı inşaat işlərində 12,4 faiz, binaların tikintisində isə 1,7 faiz artıb.