Azərbaycanda 140 qanunsuz miqrant saxlanıldı

azerbaycanda-140-qanunsuz-miqrant-saxlanildi
Oxunma sayı: 1285

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən son həftə ərzində qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 140 əcnəbi saxlanılıb. Onlardan üçü Daxili İşlər Nazirliyi ilə keçirilmiş birgə tədbirlər zamanı aşkarlanıb.

DMX-dən “Qafqazinfo”ya verilən məlumata görə, saxlanılmış 9 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 2 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 129 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib.

Əcnəbilərdən 114 nəfər barəsində inzibati qərarlar qəbul edilib. Digər 26-nın isə Azərbaycan hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.