Azərbaycanda 2 milyardıncı ton neft...

azerbaycanda-2-milyardinci-ton-neft
Oxunma sayı: 2729

Azərbaycanda 2 milyardıncı ton neft noyabrın ilk həftəsində hasil ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərtac-a açıqlamasında SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib. O qeyd edib ki, noyabrın 5-də bu münasibətlə xüsusi mərasim keçiriləcək.

Xatırladaq ki, milyardıncı ton Azərbaycan nefti 1971-ci il martın 28-də çıxarılıb. Neftin ilk milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri 1 əsrlik yol keçiblər. Lakin neftin ikinci milyard tonunu çıxarmaq üçün isə qəhrəman neftçilərimizə yarım əsrdən də az bir vaxt – 46 il bəs edib.