Azərbaycanda 21 yaşlı gənc stadionun tikintisi zamanı öldü

azerbaycanda-21-yasli-genc-stadionun-tikintisi-zamani-oldu
Oxunma sayı: 647

SalamNews xəbər verir ki, Biləcəri qəsəbəsində inşa edilən stadionda 1991-ci il təvəllüdlü Orxan Aftandil oğlu Ramazanzadə qaldırıcı qurğudan yıxılıb. Məlumata görə, 21 yaşlı oğlan qurğunu təmir etmək üçün hündürlüyü təxminən 10 metr olan qaldırıcının üstünə çıxıb və oradan yıxılıb. O.Ramazanzadə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bədbəxt hadisə nəticəsində ölən gənc Bakı şəhər, Səbail rayon, Bayıl qəsəbə sakinidir. O, bir neçə ay əvvəl hərbi xidmətdən qayıdıb və çox keçmədən ailəyə kömək məqsədilə işləməyə başlayıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.