Azərbaycanda 225 nəfər xaricdə təhsil hüququ qazanıb

azerbaycanda-225-nefer-xaricde-tehsil-huququ-qazanib
Oxunma sayı: 1114

2017-2018-ci tədris ilində hökumətlərarası müqavilələr çərçivəsində 225 nəfər Azərbaycan vətəndaşı xaricdə təhsil almaq hüququ qazanıb.

“Qafqazinfo” xəbər verir ki, Təhsil Nazirliyinin 2017-2018-ci tədris ili üzrə hesabatında bildirilir ki, onlardan 22-si Çin Xalq Respublikasında, 198-i Macarıstanda, 5-i isə Rumıniyada dövlət xətti ilə təhsil almaq hüququ qazanıb.

2018-ci ilin əvvəllərində hökumətlərarası müqavilələr çərçivəsində 2018-2019-cu tədris ili üçün Macarıstanda, Rumıniyada, Latviyada və Çində təhsil məqsədi ilə Təhsil Nazirliyi tərəfindən seçimlər aparılıb, 250-ə yaxın Azərbaycan Respublikası vətəndaşının namizədliyi təsdiq olunmaq üçün müvafiq ölkələrin aidiyyəti qurumlarına təqdim edilib.