Azərbaycanda 3 milyardlıq vergi

azerbaycanda-3-milyardliq-vergi
Oxunma sayı: 1595


“Qafqazinfo” bizimyol.info-ya istinadən xəbər verir ki, nazirliyin saytında yerləşdirilən məlumata görə, bu məbləğin 32,9 faizi mənfəət vergisinin, 28,3 faizi əlavə dəyər vergisinin, 12,8 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,4 faizi aksizlərin, 15,6 faizi isə digər vergilərin payına düşür. Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 51 milyon 396,5 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,0 faiz çoxdur.

Məlumatda vurğulanır ki, birinci yarım il ərzində respublika üzrə 42 min 681vergi ödəyicisi qeydiyyata alınıb, 1 iyul 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 574 min 935-ə çatıb. 2014-cü ilin yanvar-iyun ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,9 faiz təşkil edib.