Azərbaycanda 3 yaşlı uşaqlar futbol oynayacaq

azerbaycanda-3-yasli-usaqlar-futbol-oynayacaq
Oxunma sayı: 676

Azərbaycanda ilk dəfə “Can Bala” körpə futbol məktəbi fəaliyyətə başlayıb. Məktəbin həmtəsisçisi Faiq Şadlının “Qafqazinfo”ya verdiyi məlumata görə, 3-8 yaşlardan ibarət uşaqlara futbolun sirrlərini öyrədəcək “Can Bala” Türkiyədə də böyük rezonansa səbəb olub. Belə ki, UNİCEF-in xətti ilə tanınmış dünya ulduzu, Madrid “Atletiko”sunun üzvü Arda Turan iyulun 11-ində “Can bala” futbol məktəbində balaca ulduzlarla bərabər əyləncəli məşq edəcək.
Qeyd edək ki, “Can Bala” körpə futbol məktəbinin məşqləri həftənin 1 və 3-cü günləri Gənclik metrosunun yaxınlığında, Azərbaycan Dövlət Neft Akademiyasının idman kompleksində keçirilir. Qəbul pulsuzdur.
Nigar Məmmədli