Azərbaycanda 334 950 manatlıq cərimə

azerbaycanda-334-950-manatliq-cerime
Oxunma sayı: 634

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, qeyd olunan müddətdə iş yerlərində 9896 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib. Həmin hallarla bağlı qanunauyğun tədbirlər görülüb və aşkar olunmuş inzibati xətalara görə işəgötürənlərə ümumilikdə 334 950 manat cərimə tətbiq olunub.

Eyni zamanda qeyd olunan müddətdə qeyri-rəsmi əmək münasibətlərinə işə cəlb edilmiş 1615 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanılması təmin edilib.

Vətəndaşlara ödətdirilməsi təmin edilmiş sosial ödənişlərin ümumi məbləği 713 852 manat olub ki, bu məbləğin 368 655 manatını əmək haqları, 310 913 manatını zərərə görə ödənclər, 34 284 manatını sosial müavinət və kompensasiyalar təşkil edib. Qeyd olunan müddətdə işdən qanunvericiliyin tələbləri pozularaq azad edilməsi müəyyən edilmiş 119 nəfərin öz əvvəlki işinə qaytarılması təmin olunub.

Əmək qanunvericiliyinin tətbiqi ilə bağlı müəssisə, idarə, təşkilatlardan və sahibkarlıqla məşğul olan şəxslərdən daxil olmuş çoxsaylı yazılı və şifahi müraciətlərlə əlaqədar onlara lazımı metodiki kömək göstərilib.

Nigar Məmmədli