Azərbaycanda 5 qəpik üstündə əlbəyaxa

azerbaycanda-5-qepik-ustunde-elbeyaxa
Oxunma sayı: 651

Davaya səbəb Mərdəkan qəsəbəsindən metronun “Qara Qarayev” stansiyası istəqamətində hərəkət edən 100 saylı avtobusun sürücüsünün sərnişinə xırdanı düzgün qaytarmaması olub.

Sürücü cəmi bir dayanacaq gəlmiş sərnişinin verdiyi 1 manatlıqdan 35 qəpiklik gediş haqqı əvəzinə 40 qəpik çıxıb. Sərnişin buna etiraz edəndə isə sürücü gediş haqqının 35 qəpik olmasını əsas gətirib. Sərnişinin əsəbləşərək: “Bəs niyə 40 qəpik çıxırsan?” - deməsi sürücünü çıxılmaz vəziyyətdə qoyub və o, səs-küy salıb. Bundan sonra isə onlar əlbəyaxa olublar. Avtobusda olan sərnişinlərin köməkliyi ilə tərəflər sakitləşdirilib. Dava zamanı avtobusun salon güzgüsü sınıb.

Onu da əlavə edək ki, 100 saylı avtobusda sərnişin-sürücü münaqişəsi tez-tez baş verir. Bir neçə gün əvvəl avtobusun sürətlə idarə olunması nəticəsində sərnişin yıxılaraq xəsarət alıb. Sərnişinin etdiyi etiraza isə sürücü: " 100 saylı avtobus yüzlə gedər də" - cavabını vermişdi.