Azərbaycanda 55 sümük iliyi transplantasiyası olub

Azərbaycanda 55 sümük iliyi transplantasiyası olub
Oxunma sayı: 670

Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı, bu xəstəlikdən əziyyət çəkən 3000-dən artıq insan var.

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov bu gün Heydər Əliyev Fondunun dəstəyi və Talassemiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bütün dünyada olduğu kimi talassemiya Azərbaycanda da aktual problemdir.

V.Hüseynov bildirib ki, hazırda mərkəzdə müalicə olunan talassemiya xəstələrinin çoxu 20 yaşdan yuxarıdır:

“Yeni doğulanları da nəzərə alaraq Mərkəzdə 18 yaşa qədər qeydiyyatda olan xəstələrin sayı təxminən minə yaxındır. 2013-cü ildən etibarən Respublika Talasemiya Mərkəzində sümük iliyi transplantasiyası uğurla həyata keçirilir. Bu vaxta qədər 55 sümük iliyi transplantasiyası baş tutub, onların 45-i talassemiya xəstələri olub. Talassemiyaya qarşı ən radikal müalicə üsulu budur. Bu məsələdə ən böyük problem donor məsələsidir. Bu problemin həlli üçün Beynəlxalq registrlara üz olmağı planlaşdırırıq. Bu ilin sonunan qədər 10 xəstəyə sümük iliyi transplantasiyası aparılması nəzərdə tutulur". 

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi