Azərbaycanda 60 yaşlı kişini ildırım vurub öldürdü - Video

azerbaycanda-60-yasli-kisini-ildirim-vurub-oldurdu
Oxunma sayı: 2826

Ağstafada 60 yaşlı kişini ildırım vuraraq öldürüb.

“Qafqazinfo”nun Xezerxeber.az-a istinadən məlumatına görə, hadisə səhər saatlarında Ağstafanın Köçəsgər kəndində baş verib.

Kənd sakini, 54 yaşlı Yüsif Misirov çöllük ərazidə heyvan otaran zaman onu ildırım vurub.

Şahidlərin sözlərinə görə, hadisə baş verən vaxt havada tutqunluq olmayıb. Anidən şimşək çaxıb və az keçməyib ki, ildırım Y. Misirovu vurub. Mərhumun qardaşı bildirib ki, hadisə baş verən zaman Yusif Misirov açıq ərazidə olub. Üzərində mobil telefon və ya hər hansı bir cihaz da olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: