Azərbaycanda 7 gün Novruz tətili

azerbaycanda-7-gun-novruz-tetili-
Oxunma sayı: 654

Novruz bayramı ilə əlaqədar martın 20-dən tətil günləri başlayır.


Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bayram tətili martın 26-na kimi davam edəcək: “Martın 20-dən 24-nə kimi bayramdır. Ayın 23-ü və 24-ü şənbə-bazar günlərinə düşdüyü üçün iş günü martın 27-dən başlayır”.

Xatırladaq ki, Azərbaycan Respublikasının 30 dekabr 2005-ci il tarixli "Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr haqqında" qanununa əsasən, bayram günləri həftə sonlarına təsadüf edirsə, onlar avtomatik olaraq sonrakı iş günlərinə köçürülürlər.

Gülnar