Azərbaycanda 804 min sahibkar var

Azərbaycanda 804 min sahibkar var
Oxunma sayı: 413

Aprelin 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 804 minə yaxınlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, hesabat dövründə hər altı fərdi sahibkardan beşi "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", "Ticarət; nəqliyyat vasitələrinin təmiri", "Digər sahələrdə xidmətlərin göstərilməsi" və "Nəqliyyat və anbar təsərrüfatı" sahələri üzrə qeydiyyatdan keçib. Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (29,8 faiz), Aran (20,7 faiz), Gəncə-Qazax (14,0 faiz) və Lənkəran (10,1 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Fərdi sahibkarların 78,5 faizi kişilər, 21,5 faizi isə qadınlardır.

Qadınlar "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 27,0 faizini, "Digər sahələrdə xidmətlərin göstərilməsi" fəaliyyət sahəsində 25,6 faizini, "Ticarət; nəqliyyat vasitələrinin təmiri" fəaliyyət sahəsində isə 20,7 faizini təşkil edir. Sahibkar qadınların 31,7 faizi Bakıda, 17,6 faizi Aran, 17,0 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (22,8 faiz), Gəncə-Qazax (26,0 faiz) və Lənkəran (22,5 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi